2018-ci ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft hasilatı 806 min barel olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
"Cari ilin fevral ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 806 min barel olub. Bunun 751 min barelini xam neft, 55 min barelini kondensat təşkil edib”, - deyə məlumatda bildirilir.
Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barel təşkil edib.
2018-ci ilin yanvar ayında isə 814,6 min barel neft hasil olunub.
Ötən il gündəlik 621,3 min barel xam neft, 55 min barel kondensat və 20,4 min barel neft məhsulları ixrac edilib.*
N.Abbasova