Ukrayna 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycandan neft və neft xammalı idxalını 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 32% - 150,577 min tonadək artırıb.
Ukrayna Dövlət Fiskal Xidmətinin (UDFX) məlumatına görə, yanvar-fevral aylarında $80,272 mln. (artım 54,3%), o cümlədən fevral ayında $41,757 mln. məbləğində neft idxal olunub. Bundan başqa, iki ay ərzində Azərbaycandan $77,587 mln., İrandan $1,844 mln., Macarıstandan $0,295 mln., digər ölkələrdən isə $0,546 mln. dəyərində xammal daxil olub.
Yanvar-fevral aylarında Ukraynadan neft və neft məhsulları ixrac olunmayıb.*