Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq. Bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.
"DSMF tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq. Sabahdan etibarən Bakı şəhəri üzrə pensiyaların maliyyələşməsinə başlanılacaq, növbəti günlərdə isə mərhələli şəkildə ölkənin digər əraziləri üzrə pensiyalar ödəniləcək”, - deyə məlumatda bildirilir.
2018-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkədə 1 mln. 318 min 446 nəfər əmək pensiyası alır.*
N.Abbasova