Azərbaycan 2017-ci ildə ASK məhsullarının ixracını 2016-cı illə müqayisədə 40,3% - $570,5 mln.-a qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Ötən il kənd təsərrüfatı məhsullarının ixracı $570,5 mln. təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 40,3% çoxdur”, - nazirlikdən qeyd ediblər.
Bununla belə, ASK ixracının əsasını meyvə-tərəvəz məhsulları təşkil edib. “2017-ci ildə meyvə-tərəvəz ixracı 34,9% artıb”, - nazirlikdən bildiriblər.
Ötən il pambıq ixracı 5,5 dəfə, tütün ixracı - 1,8 dəfə, heyvandarlıq ixracı - 2,5 dəfə artıb. **
A.Əzizov