Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının (MŞ) yeni üzvlərdən ibarət tərkibi formalaşdırılıb. Bu barədə MDM-dən məlumat verilib.
“Milli Depozit Mərkəzinin Müşahidə Şurasının növbədənkənar iclasında MŞ-nın 5 nəfər yeni üzvdən ibarət tərkibi formalaşdırılıb”, - məlumatda deyilir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarına nəzarət Departamentinin direktoru Cavid Nəzərov MŞ-ya sədri seçilib.
Məhəmməd Həsənli (MBNP), Orxan Bağırov (“İnvest-AZ İnvestisiya Şirkəti” QSC), Tural Bayramov (“Xalq Kapital İnvestisiya Şirkəti” QSC), Bəhruz Nağıyev (“PASHA Bank” ASC) MŞ-nın üzvləri seçiliblər.
“İclasda həmçinin MDM-in cari və qarşıda duran məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunur.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. Nizamnamə kapitalı 2,7 mln. manata bərabərdir. **
A.Əzizov