2017-ci ildə “Azərsu” ASC 638,6 mln. manat ümumi məbləğdə su təchizatı və kanalizasiya sisteminin yenidənqurulması üzrə tikinti-quraşdırma işlərini həyata keçirib, bud a 2016-cı ilin göstəricisindən 22,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Bunun 314 mln. manatı - büdcə vəsaiti (artım 1,7 dəfə), 324,6 mln. manatı - beynəlxalq maliyyə institutlarından cəlb olunmuş kredit vəsaitinin (azalma 5,4%) payına düşür”, - hökumətdən qeyd ediblər.
Ümumilikdə, 2017-ci ildə su təchizatı sisteminin yenidənqurulması və yaşxılaşdırılması və çirkab suların axıdılması işlərinə 616,1 mln. manat ayrılıb. Bu məbləğin 322,1 mln. manatı büdcə vəsaiti, 294 mln. manatı beynəlxalq maliyyə institutlarından cəlb olunmuş kredit vəsaitidir.
Ötən il “Azərsu” tərəfindən 1356,7 km uzunluğunda su boru xəttləri (107,5 km uzunluğunda magistral boru kəməri), 351,9 km uzunluğunda kanalizasiya xəttləri və 30,6 km uzunluğunda yağış kanalizasiyası üçün xəttlər çəkilib. Həmçinin 104,373 min ədəd mexaniki su sayğacı quraşdırılıb, 26 min kubmetr ümumi həcmdə 10 su anbarı, 5 ədəd su nasos stansiyası, bir ədəd kanalizasiya nasos stansiyası və bir ədəd su təmizləyici qurğu inşa olunub.
2017-ci ildə “Azərsu” abonentlərin sayğacla təminatı səviyyəsini 77,8%-ə çatdırıb.
Ötən il istehlakçılara 251,5 mln. kubmetr su çatdırılıb, 169,9 mln. kubmetr həcmdə kanalizasiya sahəsində xidmətlər göstərilib, bu da dəyər ifadəsində müvafiq olaraq 2016-cı ilin göstəricisindən 2,1% çoxdur.
2017-ci i9ldə göstərilən xidmətlər üçün ödənişin yığım səviyyəsid 119,5% təşkil edib (borcların ödənilməsi nəzərə alınmaqla), bu da 2016-cı ilin göstəricisindən 37,1 faiz punktu çoxdur. **
N.Abbasova