2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən 92 layihə üzrə investisiya təşviqi sənədi (İTS) verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Ötən il sahibkarlıq obyektlərinə 92 investisiya təşviqi sənədi verilib və bu layihələrə investisiyalar 656,9 mln. manat həcmində qiymətləndirilir”, - hökumətdən qeyd ediblər.
Bu layihələrin reallaşdırılması 5,631 min iş yeri yaratmağa imkan yaradacaq. **
A.Əzizov