Azərbaycan Silahlı Qüvvəərin genişmiqyaslı təlimlərə cəlb edilən tank hərbi hissələri tapşırıqları yerinə yetirirlər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Təlimin niyyətinə uyğun olaraq müdafiə və əks-hücum əməliyyatlarında atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər”, - məlumatda deyilir.
12-17 mart tarixlərində Azərbaycanda müxtəlif qoşun növlərinin tətbiqi ilə genişmiqyaslı təlimlər keçirilir.
Təlimlərə 25 min nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub. **
F.İsazadə