Azərbaycan Rusiyadan 800 ədəd “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi alıb. Bu barədə Stokholm Beynəlxalq Sülh Problemlərinin Araşdırılması İnstitutunun (SİPRİ) 2016-2017-ci illər ərzində dünya silah ixracına dair məruzəsində deyilir.
“Hesabat dövrü ərzində Rusiya Azərbaycana 36 ədəd ağır odsaçan sistem ТОС-1А "Solntsepek", 40 ədəd “BTR-82A" zirehli nəqliyyat vasitəsi, 800 ədəd “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi satıb”, - məruzədə qeyd olunur.
Bundan əlavə, SİPRİ bildirir ki, 2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 hərbi gəmi, 40 ədəd "Orbiter" PUA, 215 ədəd "Spike-NLOS" tank əleyhinə raket idxal edib.
Bununla yanaşı, məruzəyə əsasən, Azərbaycan Çexiyadan 10 ədəd "RM-70" 122 mm-lik reaktiv yaylım atəş sistemi (RYAS), Slovakiyadan 18 ədəd 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularıalıb.
Məruzədə vurğulanır ki, hesabat dövrü ərzində Azərbaycan $551 mln. məbləğində silah alıb və silah idxalının həcminə görə dünya reytinqində 27-ci yerdədir.
Bildirilir ki, bu məsələdə Ermənistan tamamilə Rusiyadan asılıdır. Hesabat dövründə idxal olunan bütün silahlar Moskvanın İrəvana ayırdığı $200 mln. məbləğində kreditə dair saziş çərçivəsində Rusiyadan tədarük olunub.
“2016-2017-ci illərdə Ermənistan Rusiyadan 6 ədəd “Smerç” reaktiv yaylım atəşi sistemi, 200 ədəd “Verba” daşınan zenitraket kompleksivə “Kornet”9M133 tank əleyhinə raket kompleksləri alıb”, - məruzədə deyilir.
Ümumilikdə, son 2 il ərzində Ermənistan $124 mln. məbləğində silah idaxl edib və silah idxalına görə dünya reytinqində 54-cü yerdədir.
SİPRİ-nin məruzəsi açıq mənbələrdən məlumata əsaslanır. **
F.İsazadə