Balaxanı Sənaye Parkının ərazisi 1,3 hektar genişləndiriləcək. Bu barədə “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov məlumat verib.
Hazırda parkın ərazisi 7 hektar təşkil edir. Beləliklə, onun sahəsi 8,3 hektaradək artacaq.
"Balaxanı Sənaye Parkının ərazisi 1,3 ha genişləndiriləcək”, - deyə o bildirib.
Sədrin sözlərinə görə, hazırda parkın rezidentlərinin ümumi sayı 10-a bərabərdir və onlardan 5-i bu il fəaliyyətə başlayacaq.
"Parkın 5 rezidenti plastik qab istehsalı, motor yağları, mebel məhsulları və kağız emalının təşkilinə artıq 23,4 mln. manat yatırıb. Yeni rezidentlər polietilen istehsalı, qida yağları, kağız, plastik və s.-nin təkrar emalı ilə məşğul olacaqlar”, - deyə E.Abbasov əlavə edib.
Lakin o, layihələrə yatırılan investisiyanın məbləğini açıqlamayıb.*
B.Rüstəmbəyov