2018-ci ilin II yarısında "Böyükşor gölünün bərpası" layihəsinin ikinci mərhələsinin reallaşdırılmasına başlanılacaq. Bunu "Təmiz Şəhər" ASC-nin idarə heyətinin sədri Etibar Abbasov çərşənbə axşamı jurnalistlərə deyib.
“Hazırda Fransanın CNIM Azerbaijan şirkəti bu layihənin injinirinqi ilə məşğuldur. İkinci mərhələ çərçivəsində 800 hektar ərazi bərpa olunacaq, bunun 400 hektarı qurudulacaq, qalan 400 hektar ərazidə isə təmizlənmə işləri aparılacaq. Layihənin icrasına 2018-ci ilin ikinci yarısında start veriləcək”, - E.Abbasov qeyd edib.
O həmçinin məlumat verib ki, Böyükşor gölünün cənub hissəsini şimal hissəsi ilə birləşdirən bənd ilə avtomobil yolunun tikinti layihəsinin icrası hazırlanır.
“Bu avtomagistral Ziya Bünyadov prospektiiləBalaxanı-Binəqədi şosesinibirləşdirəcək. Bu layihə çərçivəsində işlər gələn ilin əvvəlində başa çatacaq”, - E.Abbasov vurğulayıb.
O bildirib ki, hazırda Zığ gölünün təmizlənməsi və bərpası üzrə layihə işləri həyata keçirilir.
“Burada Böyükşor gölündə həyata keçirilən işlərin analoji layihəsi reallaşdırılacaq. Həmin layihənin injinirinqi cari ilin payızında başa çatacaq”, - E.Abbasov əlavə edib. **
B.Rüstəmbəyov