“Buta Airways” 2018-ci il iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri – Alanyaya birbaşa uçuşlara başlayır. Bu barədə şirkətin məlumatında deyilir.
“Uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək. Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək”, – deyə məlumatda bildirilir.*
N.Abbasova