"AzeriCard” MMC 2016-cı və 2017-ci illərin maliyyə göstəriciləri üzrə audit baxışının və həmin illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin keçirilməsi üçün auditor seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Seçim tender yolu ilə həyata keçirilir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender təklifləri 2018-ci il aprel ayının 30-dək qəbul olunur. Təklif zərfləri mayın 1-də açılacaq.
Telefon: (012) 505-21-51, 505-80-73.*
B.Rüstəmbəyov