Quba-Qonaqkənd avtomobil yolunun yenidənqurulması çərçivəsində 9 yeni körpünün tikintisi 110 mln. manat məbləğində inestisiya tələb edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Quba-Qonaqkənd avtomobil yolunun yenidənqurulma layihəsi yeni körpülərin tikintisi, həmçinin qəzalı vəziyyətdə olan mövcud körpülərin sökülməsini nəzərdə tutur. Layihə artıq hazırlanıb və təsdiq olunub. Smeta sənədlərinə əsasən, uzunluğu 910 metr olan 9 körpünün tikintisinə 110 mln. manat həcmində investisiya tələb olunacaq”, - hökumətdən qeyd ediblər.
Bundan əlavə, ilkin qiymətləndirmələrinə görə, üçüncü dərəcəli yol üçün tələblərə uyğun olaraq asfalt-beton örtüyünün döşənməsi daxil olmaqla, Quba-Qonaqkənd avtomobil yolunun yenidənqurulmasına 45 mln. manat investisiya tələb olunacaq.
“47 km uzunluğunda Quba-Qonaqkənd avtomobil yolu Quba-Qonaqkənd-Şmaxı yolunun bir hissəsidir. Avtomobil yolunun yenidənqurulma layihəsi dağlıq ərazi və meşə zolağı ilə yeni yolun çəkilməsini nəzərdə tutur”, - hökumətdən qeyd ediblər.
Hpkumətin məlumatına görə, 2013-cü ildə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə dövlət büdcəsindən 2 mln. manat, 2014-cü ildə - 5 mln. manat yönəldilib. 2015-2017-ci illərdə bu məqsədlərə dövlət büdcəsindən vəsait ayrılmayıb. **
N.Abbasova