Azərbaycan hökuməti 2021-ci ilə qədər qərb bölgəsində turizm və rekreasiya zonalarının yaradılmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Azərbaycanın qərbində bölgəsində turizm və rekreasiya zonalarının yaradılması ilə baölı bu məqsədlər üçün nəzərd tutulan ərazilər müəyyən edilib. Hazırda müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılma prosesi həyata keçirilir. 2019-2020-ci illərdə qərb regionunda turizm və rekreasiya zonalarının yaradılmasına dair elan və onların inkişafına dair Baş Planın hazırlanması planlaşdırılır”, - hökumətdən qeyd ediblər.
Bundan əlavə, Azərbaycanın qərbində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə turizm və ASK sahəsinin inkişafına yönələn layihələr reallaşdırılır. Həmin layihələrin reallaşdırılmasının qərb regionunda turizm və rekreasiya zonalarının yaradılmasına imkan verəcəyi gözlənilir.
Xəbər verildiyi kimi, hazlrda Azərbaycanda şimal regionunda 100 min 276,82 hektar ümumi sahədə Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılır. **
N.Abbasova