Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən Azərbaycana dəyən maddi ziyan $818,88 mlrd. səviyyəsində qiymətləndirilir. Bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
"Ermənistanın işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləğinin beynəlxalq standartlara əsasən müəyyən edilməsi məqsədilə kompleks məhkəmə ekspertizası təyin edilib. İlkin hesablamalara görə, dəymiş maddi ziyan $818,88 mlrd. təşkil edir", - E.Tağıyev azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransda
Onun sözlərinə görə, Azərbaycan və respublika vətəndaşlarına qarşı hərbi cinayətlərin törədilməsində ittiham olunan 296 şəxsin axtarışının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Milli Bürosuna təqdim olunub. **
F.İsazadə