Martın 15-də Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Bakıda regional təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
“Görüşdə XİN başçıları regional sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyat, energetika, turizm, mədəniyyət sahələrində əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəklər”, - “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyindən bildiriblər.
XİN başçılarının dördtərəfli formatda görüşü ilk dəfə keçiriləcək. Görüşün təşəbbüskarı Azərbaycan tərəfidir. **
F.İsazadə