Brüssel və Bakı strateji tərəfdaşlığa dair sazişin siyasi hissəsi ilə bağlı danışıqların vaxtını razılaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas məlumat verib.
"Hazırda tərəflər sazişin siyasi hissəsi ilə bağlı danışıqların tarixini müəyyən etmək üçün müzakirələr aparırlar", - deyə o bildirib.
Nümayəndəliyin rəhbəri əlavə edib ki, tərəflər arasında sazişin siyasi hissəsinə dair danışıqların martın sonunadək aparılması nəzərdə tutulur.
K.Yankauskasın sözlərinə görə, martın 16-da videokonfrans vasitəsilə Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair yeni saziş layihəsi ilə bağlı danışıqların növbəti raundu keçiriləcək. Danışıqlar sektoral sahələr üzrə aparılacaq.*
F.İsazadə