Dövlət Təhlükəsizliyi Xidməti (DTX) insan orqanı alveri ilə məşğul olan cinayətkar dəstəni ifşa edib. Bu barədə DTX-nin məlumatında deyilir.
“Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər. “Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb”, - məlumatda vurğulanır.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir. **
B.Rüstəmbəyov