Səhiyyə Nazirliyi bir sıra təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podratçı seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Seçim tender yolu ilə və iki lot üzrə keçirilir.
Lot- 1 Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisini, Lot-2 - Şəmkir rayonunun Kür qəsəbəsində Xəstəxana binasının təmiri işlərinin satınalınmasını nəzərdə tutur.
Hər lot üzrə iştirak haqqı 600 manatdır.
Tender təklifləri 2018-ci il mayın 4-dək qəbul olunur. Təklif zərfləri mayın 7-də açılacaq.
Telefon: (012) 565-12-41.*
B.Rüstəmbəyov