Azərbaycanda həyata keçirilən layihələr beynəlxalq maliyyə institutları tərəfindən müsbət qiymətləndirilib. Bunu prezident İlham Əliyev deyib.
"İqtisadi müstəqilliyimiz sayəsində biz müstəqil siyasət yürüdürük. Biz xaricdən sərmayələrin cəlb edilməsi üzrə liderik. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına $230 mlrd.-dan çox vəsait qoyulub. Bunun yarısı xarici sərmayələrin payına düşür", - deyə o, bu gün VI Qlobal Bakı Forumunda bildirib.
Dövlət başçısının sözlərinə görə, həyata keçirilən layihələr beynəlxalq maliyyə institutları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. tərəfindən yüksək qiymətləndirilir . Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətlilik səviyyəsinə görə Azərbaycanı 35-ci pilləyə yüksəldib, bizim üçün bu, tarixi nailiyyətdir", - deyə prezident vurğulayıb.
O əlavə edib ki, Azərbaycan regionda iri enerji və nəqliyyat layihələrinin, xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarıdır ki, bununla da respublika regionda sabitləşdirici rol oynayır.*
F.İsazadə