İranın sənaye, mədən və ticarət naziri Məhəmməd ŞəriyətmadəriAzərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibində sənaye komitəsinin yaradılmasını təklif edib.
Bunu M.ŞəriyətmadəriTehranda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüş zamanı təklif edib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“M.ŞəriyətmadəriAzərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibində sənaye komitəsinin yaradılmasını təklif edib. Həmçinin görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib”, - nazirliyin məlumatında qeyd olunur. **
B.Rüstəmbəyov