Azərbaycanın iştirakı ilə müxətlif regional əməkdaşlıq formatları bölgədə sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişafa xidmət edir. Bunu prezident İlham Əliyev deyib.
“Bu gün Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə XİN başçılarının dördtərəfli görüşü keçirilir. Bundan əvvəl üçtərəfli formatda görüşlər keçirmişik - Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya. Bu formatlar bölgəmizdə sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişafa xidmət edir”, - İ.Əliyev cümə axşamı VI Qlobal Bakı Forumunda çıxışında bildirib.
Onun sözlərinə görə, hazırda regionda Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələri “bölgədəki dövlətlərin xalqlarının rifahına” yönəlib.
Xəbər verildiyi kimi, martın 15-də Bakıda ilk dəfə Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN başçılarının dördtərəfli formatda görüşü keçiriləcək. **
F.İsazadə