Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirləri dövlətlərin suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəkləyirlər.
“Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz isə, öz növbəmizdə, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bütövlükdə, dörd nazirin hər biri biri-birinin dövlət sərhədlərinin suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə ediblər”, - Gürcüstanın xarici işlər naziri Mixail Canelidze bu gün Bakıda mətbuat konfransında bildirib.
İranın XİN başçısı Məhəmməd Cavad Zərif vurğulayıb ki, terrorçuluq və ekstremizm region üçün təhlükə təşkil edir.
“Bizim maraqlarımız, həm də çağırışlarımız ümumidir. Bu, terrorçuluq, transmilli cinayətkarlıqdır. Birlikdə biz həmin çağırışlara effektiv müqavimət göstərə bilərik”, - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. **
F.İsazadə