Uzunluğu 180 km təşkil edən Reşt-Astara dəmir yolunun tikintisi 3 il davam edəcək. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Uzunluğu 180 km olan Reşt-Astara dəmir yolunun tikintisi 3 ilə başa çatacaq”, - M.C.Zərif bu gün Bakıda mətbuat konfransında bildirib.
Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov öz növbəsində bu dəmir yolunun Cənub-Şərq nəqliyyat dəhlizinin fəaliyyəti üçün əhəmiyyətini vurğulayıb. “Reşt-Astara dəmir yolunun tikintisindən sonra regionda dəmir yollarının şaxələnmiş şəbəkəsi yaranacaq”, - E.Məmmədyarov əlavə edib.
M.C.Zərif qeyd edib ki, bu dəhlizin tranzit imkanları “nəinki ölkələrimizə, həmçinin onun fəaliyyətində maraqlı olan bütün dövlətlərə” qazanc gətirəcək. **
F.İsazadə