Rusiyada prezident seçkiləri ilə əlaqədar Azərbaycanda səsvermə martın 18-də RF-nin Bakıdakı səfiriyinin konsulluq şöbəsinin yerləşdiyi Bakıxanov küçəsi, 17 ünvanında keçiriləcək. Bu barədə bu gün konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski bildirib.
"Biz Azərbaycanda yaşayan RF vətəndaşlarının prezident seçkilərində iştirak edəcəyini gözləyirik. Onlar konsulluq şöbəsinin yerləşdiyi Bakıxanov küçəsi, 17 ünvanında saat 08:00-dan 20:00-dək səs verə biləcəklər", - deyə o bildirib.
Diplomatın sözlərinə görə, martın 17-də Gəncədə seçki məntəqəsi açılacaq. Heydər Əliyev meydanındakı İnzibati binada fəaliyyət göstərəcək məntəqə saat 10-dan 16.00-dək açıq olacaq.
A.Mixalski əlavə edib ki, seçkilər günü bütün təhlükəsizlik tədbirlərinə əməl olunacaq.*
F.İsazadə