Prezident İlham Əliyev və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İran prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkənin əməkdaşlığının daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
İ.Əliyev bu gün M. Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Görüşdə İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Azərbaycana nəzərdə tutulan səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub”, - deyə dövlət başçısının saytında məlumat verilir.
M.Zərif yaxın vaxtlarda iqtisadi sahədə əməkdaşlığa dair mühüm sənədlərin imzalanacağını qeyd edib.
Prezident İ.Əliyev Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinin uğurlu nəticələrini də məmnunluqla vurğulayıb.*
F.İsazadə