2016-2017-c illərdə Azərbaycanın gömrük orqanları tərəfindən 1,2 min kq.-dan artıq heroinin Avropaya tranzitinin qarşısı alınıb. Bunu gömrük komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev deyib.
“Son iki ildə 3 ton 851 kq-dan çox narkotik, o cümlədən əksər hissəsi Avropaya aparılmaq üçün nəzərdə tutulan 1 ton 214 kq-dan çox heroin qanunsuz dövriyyədən çıxarılıb”, - A.Əliyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və İxraca Nəzarət sahəsində Əməkdaşlıq Bürosunun xarici əlaqələr üzrə zabiti Karen Çeyson ilə görüşdə bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ-ın dəstəyi ilə əqli mülkiyyət hüquqlarının qorunması sahəsində Azərbaycan gömrükçüləri üçün təlimlər keçirilir. “Bu tədbirlər gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır. Gələcəkdə bu əməkdaşlığın davam etdirilməsini zəruri hesab edirir”, - Komitə sədri qeyd edib. **
F.İsazadə