Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafına dair Fəaliyyət planı”nın layihəsi hazırlanıb.Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə sağlamlıq turizminin inkişaf etdirilməsinə həsr olunmuş iclasda bildirib.
Nazir qeyd edib ki, ilkin mərhələdə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanın sağlamlıq turizmi imkanlarının iqtisadi səmərəliliyi barədə təhlillərin hazırlanması, daha sonra isə Fəaliyyət planının üzərində iş aparılması nəzərdə tutulur.
İclasda vurğulanıb ki, 2017-ci ildə şəhərə 36 minə yaxın turist gəlib ki, onlarında 7 mindən çoxu dünyanın 62 ölkəsinin vətəndaşı olub.
“Hazırda Naftalanda üçü 5 ulduzlu olmaqla 10 sanatoriya fəaliyyət göstərir”, - nazilrikdən qeyd ediblər. **
B.Rüstəmbəyov