2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda neft hasilatının həcmi ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,5% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda əmtəə qazı hasilatı 9,4% azalıb.
2017-ci ildə respublikada 38 mln. 688,9 min ton neft, 28 mlrd. 597,5 mln. kubmetr qaz hasil olunub.*
N.Abbasova