Xarici işlər naziri Elmar Məmmədyarov BMT-də islahatların aparılmasını zəruri hesab edir.
«Biz yeni dünyanın quruluşunun zəminlərini yaratmalıyıq. BMT islahatlara məruz qalmalıdır. Əgər biz gələcəyin inkişafını proqnozlaşdırdığımız kimi görməkistəyiriksə, buna uyğun fəaliyyət göstərməliyik”, - deyə o, bu gün VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı çıxışında bildirib.
Nazirin sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamını möhkəmləndirmək lazımdır. “Bunun üçün strateji anlayış və səbir tələb olunur”, - deyə E.Məmmədyarov vurğulayıb.
XİN başçısı qeyd edib ki, bəzi dairələr “ədaləti bərpa etdiklərini” zənn edərək, əksinə, onu məhv edirlər ki, bununla da terrorçuluq və separatçılığa şərait yaradırlar.*
F.İsazadə