2018-ci ilin yanvar ayında Azərbaycan 2 mln. 805,2 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin analoji göstəricisindən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $1 mlrd. 329 mln. 41,5 min (artım 25,8%) təşkil edib”, - hökumətdən bildirilir.
2018-ci ilin yanvar ayı ərzində ixrac edilmiş $874 mln. 821,6 min məbləğində neftin bəyan edilmiş həcmi 1 mln. 811,6 min ton təşkil edib.
2017-ci ildə Azərbaycandan 32 mln. 845 min ton neft ixrac olunub.**
N.Abbasova