Azərbaycan 2018-ci ilin yanvar ayında 927,1 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da 2017-ci ilin göstəricisindən 0,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $72 mln. 811,2 min (artım 34,1%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Cari ilin yanvar ayında sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $22 mln. 727,9 min dəyərində 8 mlrd. 859,7 mln. kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.*
N.Abbasova