2018-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) $10 mln. dəyərində nar ixrac edəcək. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov bu gün mətbuat konfransında deyib.
«Azərbaycan şirkətlərindən biri BƏƏ-yə nar tədarükü haqqında müqavilə imzalayıb. Məhsulun ixracına bu ilin avqust ayında başlanılacaq. Müqavilənin dəyəri $10 mln. təşkil edir», - deyə o bildirib.
Bununla belə, R.Məmmədov ixracatçı şirkətin adını açıqlamayıb.
O əlavə edib ki, Azərbaycan şirkətləri, həmçinin İsveç, Danimarka və İsrailə də nar ixracı həyata keçirməyi planlaşdırır.*
B.Rüstəmbəyov