2017-ci ildə Azərbaycan şərabının ixracı 68% artıb. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
“Ötən il Azərbaycan şərab ixracını 68% artırıb. Bu yüksək artım göstəricisidir. Bundan əlavə, ixracın artırılması potensialı var”, - S.Babayev cümə günü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən ixracın təşviqi mexanizmi çərçivəsində sahibkarlara 2,9 mln. manat vəsait qaytarılıb. “Bu məbləğin 1,7 mln. manatı şərab ixracatçılarının payına düşüb”, - nazir müavini əlavə edib.**
B.Rüstəmbəyov