Bu gün Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat başlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
"Qeydə alınmış namizədlər bu gündən seçkiqabağı təşviqata başlaya bilərlər. Seçkiqabağı təşviqat aprelin 10-u saat 08.00-da dayandırılacaq”, - deyə məlumatda bildirilir.
Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində prezident postuna İlham Əliyev, Zahid Oruc, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Hafiz Hacıyev, Razi Nurullayev və Sərdar Cəlaloğlu iddia edir.*
F.İsazadə