2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2017-ci ilin analoji dövrü ilə müqayisədə 8,3% - 279 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 80,4% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 71,4%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 199,2 mln. manatlıq (artım 8,6%) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 48,6%-i və ya 135,5 mln. manat (artım 7,9%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova