2018-ci ilin yanvar ayında Azərbaycana 121,5 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $21 mln. 720,4 min (artım 2 dəfə) təşkil edib.
Hesabat dövründə Azərbaycana $5 mln. 177,5 min dəyərində (azalma 58%) 11,533 min ton şəkər xammalı və şəkər (azalma 57,3%), $6 mln. 758,2 min dəyərində (artım 4,8%) 7,303 min ton bitki yağı (artım 5,1 dəfə), $4 mln. 155 min dəyərində (artım 53,4%) 1 min 69,4 ton çay (artım 49,8%), $4 mln. 933,6 min dəyərində (artım 23,9%) 840,6 ton kərə yağı və süd (azalma 34%) idxal edilib.
Yanvar ayında respublikaya $2 mln. 264,7 min dəyərində (artım 61,2%) 776,3 ton iribuynuzlu heyvan əti, $1 mln. 593,2 min dəyərində (artım 2,2 dəfə) 1 min 679,7 ton quş əti və ondan məmulatlar (artım 3,3 dəfə) idxal olunub.
Bu dövrdə respublikaya $7 mln. 409,6 min dəyərində (artım 39,3%) 9,247 min ton meyvə (artım 34,8%), $730,8 min dəyərində (azalma 44,4%) 1 min 358,6 ton tərəvəz (azalma 43,5%), $2 mln. 645,2 min dəyərində (azalma 26,9%) 13,906 min ton kartof (azalma 24,9%) idxal edilib.
Hesabat dövründə ölkədən $9,011 mln. dəyərində (artım 25,9%) 8,553 min ton tərəvəz (artım 25,9%), $25 mln. 820 min dəyərində (artım 45,9%) 25,315 min ton meyvə (artım 59%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $537,5 min dəyərində (azalma 62,8%) 876,9 ton şəkər (azalma 61,5%), $438,3 min dəyərində (azalma 57,9%) 384,4 ton bitki yağı (azalma 58,5%) ixrac edilib.
Həmçinin yanvarda Azərbaycandan $688 min (аrtım 85,7%) dəyərində 513,5 ton meyvə və tərəvəz şirələri (artım 33,4%), $355,7 min (аrtım 82,7%) dəyərində 23,9 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 2,2 dəfə), $371,3 mln. (аrtım 37,2%) dəyərində 244,3 min ton meyvə və tərəvəz konservləri (artım 5,3%) ixrac edib. **
B.Rüstəmbəyov