2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 558,1 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2017-cı ilin analoji dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 542,5 mln. manat məbləğində heyvandarlıq, 15,6 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,6%, bitkiçilik məhsullarının həcmi 43,8% artıb.
Bundan başqa, yanvar-noyabr aylarında respublikada 78,2 min ton ət (artım 3,4%), 299,8 min ton süd (artım 1,1%), 281,9 mln. ədəd yumurta (artım 1,1%) istehsal edilib.
2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 580 mln. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 4,2% çoxdur. **
B.Rüstəmbəyov