OPEC-in baş katibi Muhammed Barkindo Azərbaycanda keçirilən danışıqları məhsuldar hesab edir.
“Bakıda məhsuldar danışıqlar apardım. Azərbaycan OPEC və OPEC+ arasında nüeft hasilatının azalmasına dair sazişdə vacib rol oynayır”, - M.Barkindo bazar ertəsi Bakıda jurnalistlərə bildirib.
Energetika naziri Pərviz Şahbazov öz növbəsində qeyd edib ki, respublika OPEC və OPEC+ çərçivəsində sıx əməkdaşlıq edir və “bu əməkdaşlıq neftin qiymətinin stabilləşməsi və neft bazarında balans yaratmağa şərait yaradır”. **
N.Abbasova