Aprelin 14-15-dəı Ciddədə OPEC və OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair öhdəliklərə riayət olunması ilə bağlı Monitorinq Komitəsinin iclası keçiriləcək. Bunu OPEC-in baş katibi Muhammed Barkindo deyib.
“14-15 aprel tarixlərində Ciddədə OPEC və OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair öhdəliklərə riayət olunması ilə bağlı Monitorinq Komitəsinin iclası keçiriləcək. Həmin iclasda bütün üzv ölkələrin razılşamarın icrasına dair hesabatlarına baxılacaq”, - M.Barkindo bazar ertəsi Bakıda jurnalistlərə bildirib.
O, neft hasilatının azaldılmasına dair razılaşmaya qoşulduğuna görə Azərbaycana minnətdarlığını bildirib.
“Biz çıxış yolu görürük, lakin görəyəimiz işlər hələ çoxdur. Bu razılaşmanın bütün iştirakçşıları ilə əməkdaşlığı davam etdirəcəyik”, - M.Barkindo əlavə edib. **
N.Abbasova