Azərbaycan gömrükçüləri 52 kq-dan artıq heroinin İrandan Niderlanda daşınmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
«Ümumi çəkisi 52,39 kq olan heroin İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alıya məxsus olan və İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderland Krallığına gedən yük maşınında aşkarlanıb”, - deyə məlumatda qeyd edilir.
Cəmi 102 ədəd paketdə qablaşdırılmış heroin qoşqunun təkərləri arasında xüsusi düzəldilmiş oxların içərisində aşkar olunub.*
B.Rüstəmbəyov