Cari il martın 28-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun açılış mərasimi keçiriləcək. Bu barədə İranın İRNA agentliyi "İran Dəmir Yolları"nın İstismar və beynəlxalq yük daşımaları üzrə vitse-prezidentiHosseyn Aşuriyə istinadən məlumat verir.
“İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı cümə xaşamı (martın 29-da - İF-Az) Astara-Astara dəmir yolunun bir hissəsinin açılışı olacaq. Bundan başqa, $500 mln. məbləğində kredit sazişinin imzalanması planlaşdırılır. Bu vəsaiti Reşt-Astara dəmr yolu tikinti layihəsinin reallaşdırılması məqsədilə Azərbaycan İrana ayıracaq”, - H.Aşuri qeyd edib.
O həmçinin məlumat verib ki. Azərbaycan İranın Gilan vilayətinin qərbində dəmir yolu yük stansiyasının inkişafına $60 mln. investisiya yatırıb.
“Dəmiryolu yük stansiyası 15 illik Azərbaycanın istismarına verilib”, - H.Aşuri bildirib. **