Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisiMədət Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
M.Quliyev Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə ordenlə təltif edilib. **
N.Abbasova