Azərbaycan prezidenti İlham Əliyev Bərdə şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün 3 mln. manatın ayrılmasına dair sərəncam imzalayıb.
Bazar ertəsi dövlət baçısının saytında müvafiq sərəncam dərc olunub.
Qeyd olunan vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə ayrılacaq. **
N.Abbasova