Azərbaycan prezidenti İlham Əliyev Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolununtikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7 mln. manat vəsaitin ayrılmasını tapşırıb.
Bazar ertəsi İ.Əliyev Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolununtikintisi ilə bağlı tədbirlər haqqındasərəncam imzalayıb. Sərəncam dövlət başçısının saytında dərc olunub.
Sərəncamda qeyd olunduğu kimi, Muğanlı–Körpüsındıran avtomobil yolu 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirəcək.
Qeyd edilən vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq. **
N.Abbasova