2018-ci ildə kənd təsərrüfatı texnikasının alınmasına dövlət investisiyaları 1860 mln. manat təşkil edəcək, bunun bunun 118 milyon manatı pambıqçılıq texnikasına yönəldiləcək. Bunu Azərbaycan prezident İlham Əliyev deyib.
“Bu il pambıqçılıq üçün yenə də 3 mindən çox texnika alınacaq. Ümumiyyətlə texnikanın alınması üçün bu il dövlət büdcəmizdə 160 milyon manat vəsait nəzərdə tutulub, bunun 118 milyon manatı pambıqçılıq texnikasına xərclənəcək. Yəni, bu rəqəmlər özlüyündə göstərir ki, biz pambıqçılığa nə qədər böyük diqqət göstəririk”, - İ.Əliyev bazar ertəsi Bərdədə pambıqçılığın inkişafına dair respublika müşavirəsində bildirib.
Bununla belə, prezident qeyd edib ki, digər kənd təsərrüfatı sahələrinə də diqqət göstərilir, o sahələrin səmərəliliyini artırmaq üçün texnika alınır və alınacaq.
“Ona görə biz, necə deyərlər, hələ təzə başlamışıq və elə etməliyik ki, texnika ilə bağlı növbəti illərdə bir dənə də problem olmasın”, - İ.Əliyev vurğulayıb.
Dövlət başçısı məlumat verib ki, bu il 22 rayonda pambıq əkiləcək.
Bundan əlavə, o bildirib ki, 2017-ci ildə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır, “2018-ci ildə bu sahəyə ən azı bu sayda işçi cəlb olunmalıdır”
Dövlət başçısı deyib ki, məhsul yığımı vaxtında aparılmalıdır. “Biz keçən il hələ ilin sonuna qədər pambığı yığırdıq. Sonra soyuqlar düşdü, yağışlar yağdı, məhsulun bir hissəsi tarlalarda qaldı. Ona görə yığım vaxtında aparılmalı və işlər elə təşkil edilməlidir ki, burada ləngimələr olmasın”, - İ.Əliyev vurğulayıb. **
N.Abbasova