Tbilisidə keçirilən «В преддверие 73-ей годовщины Победы в ВОВ. Борьба с героизацией фашизма. Тревожная тенденция или историческая «справедливость» beynəlxalq konfransın iştirakçıları Ermənistan və digər ölkələrdə nasist hərəkatının qəhrəmanalşdırımasını qınayan qətnamə qəbul ediblər.
«В преддверие 73-ей годовщины Победы в ВОВ. Борьба с героизацией фашизма. Тревожная тенденция или историческая «справедливость» konfransın iştirakçıları Ermənistan və digər ölkələrdə nasist hərəkatının ən müxtəlif formalarda, həmçinin abidələrin, memorialların ucaldılması, nasist keçmişin, hərəkatı və neonasizmin şöhrətləndirilməsi məqsədilə ictimai nümayişlərin keçirilməsi yolu ilə qəhrəmanlaşdırılması ilə bağlı dərin narahatlıq ifadə edirlər”, - qətnamənin mətnində deyilir.
Bundan əlavə, konfrans iştirakçıları İkinci Dünya müharibəsi illərində nasizmə qarşı döyüşənlərin xatirəsinə ucaldılan abidələrin təhqir edilməsi və dağıdılmasına yönələn cəhd və hərəkətlərin artmasından, o cümlədən bu cür şəxslərin qalıqlarının qanunsuz ekshümasiya və ya köçürülməsindən narahatlıq ifadə ediblər. Bununla əlaqədar, iştirakçılar dövlətləri israrla tam qaydada müvafiq öhdəliklərə, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarına riayət etməyə çağırırlar.
Bundan başqa, onlar, İkinci Dünya müharibəsi nəticələrinin təkrar baxılmasının qarşısını almaq və həmin illərdə nasistlər və onların əlaltıları tərəfindən törədilən bəşəriyyətə qarşı və hərbi cinayətlərin inkar edilməsi məqsədilə, ölkələri həmçinin qanunvericilik və təhsil sahəsində konkret tədbirlər görməyə çağırırlar.
Bu qətnamə BMT, Aİ, digər beynəlxalq təşkilatlar, RF prezidenti, RF hökumətinin sədri, Federasiya Şurasının sədri, RF Dövlət Dumasının sədri, RF İctimai Palatanın katibinə ünvanlanacaq. **
A.Əzizov