Prezident İlham Əliyev bu gün Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov prezidentə bu tibb müəssisəsi barədə məlumat veriblər. Bildirilib ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.
Hospital Bakının Nizami rayonu ərazisində açılıb.*
F.İsazadə