2018-ci ilin yanvar ayında Azərbaycana 19,176 min ton mineral gübrə idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 41,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $6 mln. 230,6 min (artım 77,7%) təşkil edib”, - məlumatda bildirilir.
Bundan başqa, yanvarda Azərbaycana $913,6 min dəyərində (artım 3,5 dəfə) 2 min 111,5 ton sement və klinker (artım 2 dəfə) idxal edilib.
Hesabat dövründə respublikaya $3 mln. 458,6 min dəyərində (artım 5 dəfə) 2 min 565,9 ton (artım 4,4 dəfə) polietilen idxal edilib.
2018-ci ilin yanvar ayında Azərbaycana $17 mln. 505,9 min dəyərində 26,202 min ton metalyayma məhsulu (artım 14,2%), $4 mln. 180 min dəyərində 6,828 min ton qara metaldan hazırlanan çubuqlar (artım 64,8%), $2 mln. 278,8 min dəyərində 2 min 872,6 ton qara metaldan hazırlanan günyə (artım 92,8%), $21 mln. 272,1 min dəyərində 16,006 min ton qara metaldan hazırlanan boru (artım 2,7 dəfə) idxal edilib.**
B.Rüstəmbəyov